Merkel siyasətə qayıtmağa ehtiyac duymadığını deyib

24.11.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Merkel siyasətə qayıtmağa ehtiyac duymadığını deyib

Almaniyanın keçmiş kansleri Angela Merkel siyasətə qayıtmağa ehtiyac duymadığını deyib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Mənim aktiv siyasətdə olan vaxtım başa çatıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl Merkel "The Times" qəzetinə verdiyi müsahibədə Ukraynadakı münaqişənin həlli üçün Kiyev, onun Qərb müttəfiqləri və Rusiya arasında dialoqun zəruriliyini bəyan edib.

O, Donald Trampın ABŞ seçkilərində qələbəsini şərh edərək, avropalı siyasətçilərə Amerika lideri ilə ünsiyyətdə səmimi olmağı və onun arqumentlərinə qulaq asmağı tövsiyə edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью