Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə Ştutqartda keçirilən Xristian Demokrat İttifaqı (XDİ) partiyasının federal qurultayında iştirak edib.
525.az xəbər verir ki, nümayəndələr onu ayaq üstə alqışlarla qarşılayıblar.
Qurultayı açan hazırkı hökumət başçısı və partiya sədri Fridrix Merts onu salamlayıb.
Merkel 2005-ci ildən 2021-ci ilə qədər kansler vəzifəsində çalışıb. O, partiya karyerasına Mertslə birlikdə başlayıb və daxili siyasi mübarizədə onu məğlub edib. Merkel 2018-ci ildə vəsifəsindən gdəcəyini açıqladıqdan sonra Merts aktiv siyasətə qayıdıb.
Alman mediasının yazdığına görə, iki siyasətçi arasındakı münasibətlər mürəkkəb olaraq qalır. Hazırkı kansler sələfinin siyasi irsinin bir hissəsini rədd edib, keçmiş kansler isə vaxtaşırı hökumət başçısını tənqid edir.
Pərvanə Sultanova