Merkeldən çağırış: Rusiyaya imkan verməməliyik

06.02.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərb Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinə imkan verməməlidir.

Ölkə.Az xəbər verir ki, bunu fevralın 6-da Almaniyanın keçmiş kansleri Angela Merkel bəyan edib.

Merkel bildirib ki, NATO ölkələri münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün Ukraynaya hərbi yardım göstərməlidir.

“ABŞ-ın keçmiş prezidenti Co Bayden də çox düşünülmüş qərarları ilə sübut etdi ki, Ukraynanı suveren demokratik dövlət olaraq qalması üçün necə dəstəkləyə biləcəyimizi düşünmək daha düzgündür", - Merkel qeyd edib.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью