Mərkəz 5 milyon manatlıq iki yeni müqavilə imzaladı

21.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

İqtisadiyyat və səhiyyə sahəsində satınalmalar həyata keçirən “İnformasiya Texnologiyaları və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi iri həcmli satınalma həyata keçirir.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, mərkəz “İnformasiya texnologiyaları avadanlıqları”nın satın alınması məqsədilə 4 milyon 839 min 475 manat dəyərində vəsait ayırıb.

Bununla yanaşı, qurum “Tibb müəssisələrində yeni şəbəkə nöqtələrinin qurulması üçün mallar”ın satın alınmasını da reallaşdırıb. Bu istiqamət üzrə ayrılan məbləğin isə dəyəri 192 min 519,95 manat təşkil edib. Hər iki layihə ölkənin tibb müəssisələrinin texniki təchizatının və rəqəmsal şəbəkə infrastrukturunun gücləndirilməsinə xidmət edir. pizza sifarişi

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью