Mərkəz direktoru: Məqsədimiz Azərbaycanı daha geniş auditoriyaya tanıtmaqdır

19.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Biz mədəniyyətimizi təbliğ etməklə yanaşı xalqlar arasında körpü salmağa çalışırıq və bu istəqamətdəki fəaliyyətimiz dairəsinə internet məkanı da daxildir. Müxtəlif saytlar və portallar vasitəsilə Azərbaycanın milli mənəvi dəyərlərini Macarstan xalqına çatdırırıq. Məqsədimiz Azərbaycanı daha geniş auditoriyaya tanıtmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan-Macarıstan Mədəniyyət Mərkəzinin direktoru Fərqanə Bayramlı deyib.

Onun sözlərinə görə, mərkəzdə kurslar təşkil edilib və gənc macarlara Azərbaycan dili tədris edilib.

“Hazırda mərkəzə 50 macar cəlb emişik və onlara Azərbaycan dili ilə yanaşı milli adətlərimizi də öyrədirik. Musiqimiz, xalçalarımız və mədəniyyətimizin digər atributları barədə ətraflı məlumat veririk. Mərkəz, eyni zamanda, kitab tərcüməsi ilə də məşğul olur. Azərbaycanlı yazıçı və şairlərin əsərlərini tərcümə edib Macarıstan ictimaiyyətinə təqdim edirik. Bununla yanaşı səfirlik və diaspor təşkilatı ilə əlaqə saxlayaraq Macarıstanda daimi yaşayan azərbaycanlılarla ünsiyyət qururuq. Həmin ailələrdəki uşaqlar macar məktəblərində təhsil alırlar. Biz onları mərkəzə cəlb edərək doğma Azərbaycan dilində səlist danışmağı öyrədirik. Kiberdiplomatiya üzrə beynəlxalq konfransda iştirakımın məqsədi kibertəhlükələrə qarşı mübarizə metodlarını öyrənib işimizdə tətbiq etməkdir. Gənclər internet vasitəsilə təzyiqlərə məruz qalırlar. Bunun qarşısını almaq üçün yeni texnologiyalardan istifadə və onların tətbiqi ilə maraqlanıram”, - deyə mərkəz direktoru vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью