Mərkəzi Afrikada yaranan izdihamda 15 şagird həlak olub

26.06.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə yerləşən Barthelemy Boganda Liseyində transformator partlayışından sonra baş verən izdiham nəticəsində azı 15 şagird həyatını itirib, çox sayda insan yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, Milli mətbuatda yayılan məlumatlara görə, hadisə məktəbdə yerləşən elektrik transformatorunun partlaması ilə başlayıb və nəticədə böyük panika yaşanıb.

Hadisə zamanı universitetə qəbul imtahanına hazırlaşan təxminən 5 min 300 tələbənin binada olduğu bildirilib. Panika nəticəsində yaranan izdihamın insan tələfatına səbəb olduğu qeyd olunub.

Rəsmi şəxslər azı 15 tələbənin öldüyünü, çox sayda insanın da yaralandığını açıqlayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Partlayışın səbəbi ilə bağlı araşdırma başlandığı, texniki təhlillərin davam etdiyi bildirilib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью