Mərkəzi Asiya ABŞ beyin mərkəzi forumu keçirilir

01.10.2025

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Özbəkistanın paytaxtı Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutunda ilk Mərkəzi Asiya-ABŞ beyin mərkəzi forumu işə başlayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Forum çərçivəsində tərəflər ticarət və investisiyaların genişləndirilməsi, innovasiyaların və qabaqcıl texnologiyaların tətbiqi, yaşıl enerjinin inkişafı, mühüm faydalı qazıntılardan səmərəli istifadə, mədəni-humanitar əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə edirlər.
Konfrans Vaşinqtonun aparıcı beyin mərkəzlərinin - Xəzər Siyasət Mərkəzinin və Meros Fondunun, həmçinin Amerika-Özbəkistan Ticarət Palatasının, Amerika-Qırğızıstan və Amerika-Tacikistan biznes şuralarının dəstəyi ilə təşkil olunub.
Forumda ABŞ və Mərkəzi Asiya ölkələrindən analitik mərkəzlərin, dövlət qurumlarının və özəl sektorun rəhbərləri və nümayəndələri iştirak edirlər.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью