Mərkəzi Asiyadakı qaz kəməri... | Icma.az
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 22-də Aşqabadda "Türkmənistanın Neft və Qazı-OGT 2025" adlı 30-cu Beynəlxalq Konfrans keçiriləcək və sərgi açılacaq.
Sərgidə 70 ölkədən təxminən 1500 nümayəndə, o cümlədən nazirlər və dünyanın ən böyük enerji korporasiyalarının rəhbərləri iştirak edəcəklər.
İddialı TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinə xüsusi diqqət yetiriləcək.Türkmənistanın Serhetabat şəhərini Əfqanıstanın Herat vilayəti ilə birləşdirəcək kəmərin yeni hissəsinin tikintisinə Türkmənistanın milli lideri Qurbanqulu Berdıməhəmmədov şəxsən başlayıb.Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya azeta” yazıb.Rusiya nəşrinin təhlilində qeyd olunur:Qurbanqulu Berdıməhəmmədovun şəxsi himayəsi ilə Əfqanıstanda TAPI qaz kəmərinin “Arkadağın işıqlı yolu” adlandırılan 153 kilometrlik yeni hissəsinin tikintisinə başlanılıb.
Tikinti sahəsi ilə tanışlıqdan sonra ümummilli lider Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradərlə görüşüb.
Artıq Türkmənistanda kəmərin 214 kilometri çəkilib, Əfqanıstanda tikintinin ikinci mərhələsi (Sərhetabat-Herat) isə əlavə 153 kilometri əhatə edir.Əfqan mütəxəssisləri və işçiləri işə cəlb olunacaq və kəmər ölkəyə sosial-iqtisadi faydalar verəcək, o cümlədən iş yerlərinin yaradılması və illik 1 milyard dollardan çox gəlir gətirəcək.Qeyd edək ki, “Taliban” hökumətinə qarşı sanksiyalara baxmayaraq, layihə, Berdıməhəmmədovun əmin etdiyi kimi, Amerikanın “Bownstein” şirkətinin konsaltinq dəstəyi ilə həyata keçirilir.
"Müstəqillik illərində Türkmənistanla ABŞ arasında əlaqələr yüksək səviyyədə inkişaf edib.
Bu gün ikitərəfli əməkdaşlıq bir çox sahələri, o cümlədən ticarət, investisiya və işgüzar əlaqələri əhatə edir.
Tam oxu
Xəbəri oxu