Mərkəzi Bank: 2025 2026 cı illərdə cari əməliyyatlar hesabı profisitli olacaq

11.06.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci və 2026-cı illərdə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozunu dəyişməyib.

"APA-Economics” xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 4 ayında da xarici ticarət balansında müsbət saldo qeydə alınıb. AMB ümumilikdə cari əməliyyatlar hesabının profisitli olacağı proqnozunu dəyişməz saxlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью