Mərkəzi Bank: 2025ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabı profisitli olacaq

28.12.2024

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2025-ci ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə işləyəcək və müntəzəm yeniləyəcək.

APA-Economics” xəbər verir ki, bu barədə AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Qiymətləndirmələrə görə, 2025-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir. Baza ssenari üzrə proqnozlara görə (neftin qiyməti 1 barelə görə 79,2 ABŞ dolları, qazın qiyməti min kub metrə görə 340 ABŞ dolları), 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5,5 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 7,2%-i səviyyəsində gözlənilir. Bu dövrdə də geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqti- sadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq.

2025-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın 2024-cü ilin oktyabr proqnozlarına görə, 2025-ci ildə real iqtisadi artım tempinin 3,3%, o cümlədən qeyri-neft sektoru üzrə 5,1% olacağı gözlənilir. Hökumətin, beynəlxalq maliyyə kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью