Mərkəzi Bank 206 min manata Toyota alıb

27.08.2025

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Bank tərəfindən bu il 3 yeni avtomobil alınıb.

Satın alınan avtomobillərin hər biri 2025-ci il istehsalı olub. Onlardan 2-si “Lexus ES300H” model avtomobil olub ki, hər birinin bazar dəyəri 117 min 300 manat təşkil edib.

Bunlardan başqa, bu il bazar dəyəri 205 min 700 manat olan “Toyota LC300” model avtomobil alınıb.

Mərkəzi Bank gələn il üçün daha 5 ədəd avtomoil almağı planlaşdırır. Bu avtomobillərin 2-si 2025-ci il istehsalı olan “Lexus ES300H”, 2-si 2025 istehsallı olan “Hyundai Elantra”, 1-i isə 2025-ci il istehsalı olan “Toyota Camry” model avtomobil olacaq.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью