Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq etdi

05.11.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Azərbaycan Mərkəzi Bankı “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 46. 2 və 46. 3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən maddələrə əsasən BFB-nin daxili qaydaları və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim etməlidir. BFB isə bu qaydaya riayət etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью