Mərkəzi Bank bu şirkətlərə məcburi sərəncam verib

11.07.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanması qaydasını pozub.

Bu barədə Bakıvaxtı.az-a Mərkəzi Banka (AMB) istinadən xəbər verir. Məlumata görə, AMB bununla bağlı monitorinq keçirib. Məlum olub ki, hər iki şirkət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə riayət etməyib.

AMB bunu nəzərə alaraq sığorta şirkətlərinə icrası məcburi sərəncam verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью