Mərkəzi Bank faiz qərarını sabah AÇIQLAYACAQ

30.07.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Sabah Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olaraq faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

Modern.az xəbər verir ki, bu, qurumun 2026-cı il ərzində 5-ci faiz qərarı olacaq.

Xatırladaq ki, AMB iyunun 24-də uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью