Mərkəzi Bank Gəncədə vətəndaşların səyyar görüşünü keçirib

05.06.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti təşəbbüs Gəncə şəhərində vətəndaşların səyyar görüşünün keçirilməsi olub.

AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşların müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşların ərizələri qeydə alınıb. Görüşdə müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar görüşlərin keçirilməsi davam etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью