Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

29.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin gündəlik kreditlər üzrə izafi borclanmasının qarşısını almaq məqsədilə son 3 ildə bu sahədə tələbləri mərhələli şəkildə sərtləşdirib.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.

“Mərkəzi Bank hər il, xüsusilə ilin ikinci yarısında gündəlik kreditlərlə bağlı əlavə sərtləşdirici tədbirlər tətbiq edir. Bu il də gündəlik kreditlər üzrə sərtləşmənin davam etdirilməsi nəzərdə tutulur”, - deyə T.Kazımov qeyd edib.

Foto - Xanlar Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью