Mərkəzi Bank iki bankı cərimələyib

15.05.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncamlar verib.

Mia.az xəbər verir ki, banklar “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbini pozub.

Bu səbəbdən “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq kredit təşkilatlarına müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncamlar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью