Mərkəzi Bank ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib

25.11.2024

Anews saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib. Bu barədə  AMB məlumat yayıb. 
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью