Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

23.07.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

“APA-Economics” AMB-yə istinadən xəbər verir ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.

“Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır” - məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью