Mərkəzi Bank rəhbərliyində iki yeni təyinat

06.02.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.

Metbuat.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Həmçinin Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью