Mərkəzi Bank: Suriya dondurulmuş vəsaitlərin qaytarılması üzərində işləyir | Icma.az
Icma.az, Azertag saytına istinadən bildirir. Qahirə, 21 oktyabr, AZƏRTAC Suriya Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sistemi və bir sıra ABŞ ba
Görüşlərin məqsədi Suriyanın bank hesablarını yenidən aktivləşdirmək və beynəlxalq maliyyə əlaqələrini gücləndirmək olub.
Bu, ümidverici inkişafdır.AZƏRTAC xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə “əl-Arabiyyə Business” kanalına Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində verdiyi müsahibədə deyib.“Biz Federal Ehtiyat Sisteminin nümayəndələri ilə Suriya Mərkəzi Bankının hesablarının açılması və aktivləşdirilməsi, həmçinin Amerika bankları ilə əlaqələrin gücləndirilməsini müzakirə etdik”, - deyə əl-Husriyyə əlavə edib.Eyni zamanda, Suriya bankının rəhbəri qeyd edib ki, ölkəsi qanuni maneələrin aradan qalxmasından sonra dondurulmuş vəsaitlərin qaytarılması məsələsi üzərində çalışır.Əl-Husriyyə əlavə edib ki, Suriya Mərkəzi Bankı regiondakı bir sıra mərkəzi banklarda, o cümlədən Türkiyənin, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi banklarında yeni hesablar açmaq niyyətindədir.
Bu strategiya Suriyanın müxtəlif banklarda xarici valyutada olan ehtiyatların yenidən formalaşdırılmasına və eyni zamanda dondurulmuş depozitlərin azad edilməsinə yönəlib.
Şıxəli ƏliyevAZƏRTAC-ın xüsusi müxbiriQahirə Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu