Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərkəzi Bank (MB) uçot dərəcələri ilə bağlı növbəti qərarını açıqlayıb.
MB İdarə Heyətinin aprelin 23-də qəbul etdiyi qərara əsasən, uçot stavkası dərəcələri sabit saxlanılıb.
Belə ki, uçot dərəcəsi 7,25 faiz, dəhlizin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz qalıb.
Faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4+2 faiz) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
MB faiz qərarını qəbul edərkən bir neçə ssenarini əsas götürüb ki, onların sırasında inflyasiya amili ilk yerdə dayanır.
Belə ki, MB-nin ötən iclasda, yəni martın 12-də verdiyi qərardan sonrakı 40 gün müddətində aylıq inflyasiya hədəf diapazonu daxilində qalıb.
Belə ki, 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5,9 faiz olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır.