Mərkəzi Bank VMF” və Merano Baku şirkətlərini cərimə edib

24.01.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) "VMF” və "Merano-Baku" şirkətlərini 2 min manat cərimə edib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə "VMF” şirkəti və "Merano-Baku" ASC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2000 (iki min) manat məbləğində cərimə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью