Mərkəzi Bankda kibertəhlükəsizlik mövzusunda görüş

26.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Mərkəzi Bankın sədri Taleh Kazımov informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış ekspertlərlə ilk görüşünü keçi­rib. Mərkəzi Bankdan bildirilib ki, görüş çərçivəsində ödəniş sistemləri, kriptoaktivlər, rəqəmsal valyutalar, kibertəhlükəsizlik və data idarə edil­məsi kimi aktual istiqamətlər üzrə mövcud vəziyyət və əsas çağırışlar mü­zakirə olunub. 

Qeyd edək ki, Mərkəzi Bank tərəfin­dən media nümayəndələri, ekspertlər və ictimai rəyin formalaşmasında rol oynayan şəxslərlə məlumat mübadiləsinin genişlən­dirilməsi, bütövlükdə, maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə və sek­tor üzrə məlumatlılığın artırılmasına töhfə verir. 

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью