Mərkəzi Bankdan inflyasiya ilə bağlı mühüm AÇIQLAMA

24.07.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankı 2025 və 2026-cı illər üçün inflyasiya proqnozunu artırıb.

Yenisabah.az xəbər verir ki, Mərkəzi Bank inflyasiya proqnozunu 2025-ci il üzrə 0,4 faiz bəndi, 2026-cı il üzrə 1,00 faiz bəndi artırırb. 

Bu gün Mərkəzi Bank yaydığı press-relizində qeyd edib ki, baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.  pizza

Mərkəzi Bank 23 aprel 2025-ci il tarixində açıqlamışdı ki, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə, illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью