Mərkəzi Bankın apardığı siyasət elastik və sağlamdır | Icma.az
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq. Bu il yanvarın 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959,5 m
Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,1 faiz azdır. AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 faiz azalıb.
Azərbaycanda makroiqtisadi tarazlığın öz yerində olduğunu vurğulayan iqtisadçı-ekspert Fuad İbrahimli deyib ki, Mərkəzi Bankın apardığı siyasət elastik və sağlamdır.
Yəni bununla bağlı hər hansı bir təhlükəli fon yoxdur ki, azalmanı neqativ tərəfə istiqamətləndirək: "Xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirilib.
İşğaldan azad edilən rayonlarda kifayət qədər iri layihələr həyata keçirilir. Bununla əlaqədar kapital qoyuluşu mütləq şəkildə lazımdır.
Ortada idxal amili var. Müasir innovativ layihələrin həyata keçirilməsində mütləq şəkildə idxala ehtiyac var.
Bu nöqteyi-nəzərdən hesab edirəm ki, hər şey nəzarət altındadır. Maliyyə tarazlığı pozulmayıb.
Hər hansısa təhlükəli fon, sual yaranarsa və manatın məzənnəsinə təzyiq olarsa, o zaman müdaxilə olacaq.
Tam oxu
Xəbəri oxu