Mərkəzi Bankın bu ofisləri satışa çıxdı

11.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az-ın xəbərinə görə, sözügedən ofislər “Amay” ticarət mərkəzinin 7-ci mərtəbəsində yerləşir.

9 ədəd ofisin ilkin satış qiymətləri müvafiq olaraq 80 min-300 min manat aralığındadır və cəmi dəyəri 1 mln 241 min 164 manat təşkil edir.

Qeyd edək ki, “Amay” Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsindən sonra ticarət mərkəzində yerləşən çoxsaylı ofislər və qeyri-yaşayış sahələri rəsmi olaraq Azərbaycan Mərkəzi Bankının balansına verilib.

Belə ki, sözügedən əmlaklar vaxtilə mərkəzin sahibi ilə bağlı yaranmış borc öhdəlikləri və ləğv edilmiş bankların (“Birlikbank” və s.) girov aktivləri çərçivəsində Mərkəzi Bankın mülkiyyətinə keçib.

Könül Vəliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью