Mərkəzi Bankın sədri: Azərbaycanın strateji valyuta ehtiyatları 82.5 milyard dollara yüksəlib

04.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bu ilin 1 noyabr tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 82.5 milyard dollara yüksəlib.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

“Mərkəzi Bankın valyuta ehtiyatları isə 11.4 milyard ABŞ dollarına yüksəlib. Strateji valyuta ehtiyatlarımız 37 aylıq mal və xidmət idxal etməyə imkan verir”, - deyə Taleh Kazımov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью