Mərkəzi Bankın sədrindən devalvasiya açıqlaması “Söhbət 300 milyon vəsaitdən gedir”

04.02.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Yaxın vaxtlarda Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar. Gəlin reallığa baxaq, bizim proqnozlarımıza fikir verək. Onlar dolayı yolla baxışımızı təmsil edir. Bizim cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozumuz bu il də, gələn il də müsbətdir. Dünya bazarında neftin qiyməti 64-65 ABŞ dolları civarında olsa, bu həm CƏB, həm dövlət büdcəsinin xərcləri nöqtəyi-nəzərindən məqbuldur. Yəni biz burada hansısa problem görmürük. 10 dollarlıq ucuzlaşmanın iqtisadiyyat üçün böyük bir təsiri yoxdur, söhbət təxminən 300 milyon manatlıq vəsaitdən gedir. CƏB üçün isə 55 dollarlıq qiymət belə profisitə nail olmağa imkan verir",- deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью