Mərkəzi Bankın sədrinə beş müavin təyin olunub

05.12.2024

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə I müavin və dörd müavin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Reyting.az
xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, indiyə qədər sədr müavini olan Əliyar Qəhrəman oğlu Məmmədyarov sədrin I müavini təyin edilib.
Bundan başqa, Milli Məclisin noyabrın 7-də AMB-nin İdarə Heyətinin üzvləri kimi təsdiqlədiyi Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayevanın AMB sədrinin müavinləri təyin olunub.

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью