Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3 milyard 915,5 milyon dollar və ya 34% artıb.

Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyard 62,1 milyon dollar və ya 35,73% artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью