Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

03.02.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

1 fevral 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 563.5 milyon ABŞ dolları təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 5,2% artıb.

2025-ci ilin eyni dövründə bu göstərici 10 milyard 988.5 milyon dollara bərabər olub. 

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0.4% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью