Mərkəzi Bankın valyuta ehtiyatları AZALIB

03.12.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ayla müqayisədə 3,6% və ya 403,9 mln. dollar azalaraq 10 milyard 967,8 milyon ABŞ dollarına enib. 
Bizim.Media AMB-yə istinadən xəbər verir ki, valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 5,6% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 3,3% artıb. 
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sentyabr ayında pik həddə çatıb və 11 milyard 795,8 milyon dollara bərabər olub.
Bundan sonra isə AMB dövlət ehtiyacları nəzərə alınmaqla valyuta satışını artıracağını açıqlayıb. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью