Mərkəzi Bankın verdiyi qərar qlobal trendlərə uyğundur TƏHLİL | Icma.az
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb.
Belə ki, 2024-cü ilin sentyabr ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 2.9%, qeyri-ərzaq malları üzrə 1.9%, xidmətlər üzrə 5.7% təşkil edib.
Ərzaq və qeyri- ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub.
İllik baza inflyasiya isə 2.9% təşkil edib. Bəs illik inflyasiya proqnozunun 0,3 faiz bəndi azaldılması hansı iqtisadi dəyişikliklərə əsasla
Mövzu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozlarını hazırlayarkən
Tam oxu
Xəbəri oxu