Mərkəzi Bankın yeni baş direktoru kimdir? DOSYE

29.01.2026

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Tural Hicrət oğlu Feyzullayev Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

"Unikal"ın məlumatına görə, 36 yaşlı T.Feyzullayev Ağcabədi rayonunda anadan olub.

O, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini “Beynəlxalq və Avropa hüququ”, 2014-cü ildə isə həmin universiteti “Beynəlxalq biznes hüququ” ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.

Əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holding” MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb. 2015-2016-cı illərdə Mərkəzi Bankın Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib. 2016-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi vəzifələrində işləyib.

2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2020-2021-ci illərdə Mərkəzi Bankın Hüquq departamentində direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb. 2021-2022-ci illərdə “AccessBank” QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib.

2021-ci ildə Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub. 2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью