Mərkəzi banklar qızıl ehtiyatını artırır

21.06.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 iyun, AZƏRTAC

Qızılın sürətlə bahalaşmasına rəğmən mərkəzi banklar bu metalı almağa israrlıdır.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Qızıl Şurasının sorğusu zamanı məlum olub ki, mərkəzi bankların 43 faizi yüksək qiymətə rəğmən qızıl almaqda israrlıdır. Bu, 2018-ci ildən sonra ən yüksək göstəricidir. 2024-cü ilin aprelində mərkəzi bankların cəmi 23 faizi metal ehtiyatını artırmaq niyyətində idi.

Rəyi öyrənilmiş 72 qurumun heç biri qızıl rezervini azaltmağı planlaşdırmır. Son statistikaya görə, mərkəzi bankları rəsmi açıqlanan qızıl ehtiyatları 36 min tonu ötüb. Bu da daha bir tarixi maksimumdur.

Qeyd edək ki, qızıl ilin əvvəlindən 31 faiz bahalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью