Mərkəzi Elmi Kitabxana beynəlxalq elmi konfrans təşkil edir

18.07.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA Mərkəzi Elmi Kitabxanasında  Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində  innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq  elmi konfrans keçiriləcəkdir.

Konfransın  işi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır:

·        Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər;

·        Akademik kitabxanalar rəqəmsal informasiya mühitində;

·        Kitabxana  fəaliyyətinin müasir vəziyyəti: Beynəlxalq və yerli təcrübə;

·        Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu.

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus 

Tezislərin göndərilməsinin son tarixi 20 oktyabr 2025-ci il

Məqalələr [email protected] ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Qeyd edək ki, konfrans materialları jurnal şəklində nəşr olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью