Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək, güclü gənclik – Dayanıqlı gələcək” adlı tədbir keçirilib.
Tədbirdə konfederasiyanın işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunmasında fəallığı ilə seçilən üzv təşkilatlarının nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Təşəkkürnamə ilə təltif edilənlər arasında Mərkəzi Gömrük Hospitalının Texniki və təsərrüfat şöbəsinin inspektoru Miriş Seyidzadə də olub.