Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu Hindistan Respublikasında keçirilən və dünyanın bir çox ölkəsindən aparıcı invaziv kardioloqları bir araya gətirən CHIP-CTO INDIA 2026 beynəlxalq elmi konfransında məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində İsveç və Böyük Britaniyadan olan həmkarları ilə birgə müxtəlif ölkələrdən təqdim olunan canlı invaziv kardioloji əməliyyatların nümayiş olunduğu iki elmi sessiya zamanı mürəkkəb koronar müdaxilələr, xroniki total oklüziyaların (CTO) müasir müalicə yanaşmaları və yeni texnologiyalar müzakirə olunub.
Dr.İlqar Tahiroğlu Mərkəzi Gömrük Hospitalının Kardiologiya komandası tərəfindən aparılmış elmi-tədqiqat işini beynəlxalq auditoriyaya təqdim edib. Təqdim olunan araşdırma iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, CHIP-CTO INDIA konfransı invaziv kardiologiya sahəsində dünyanın aparıcı mütəxəssislərini bir araya gətirən, canlı əməliyyatlar, elmi sessiyalar və praktiki müzakirələrlə seçilən nüfuzlu beynəlxalq platformadır.