Mərkəzi Klinikadan İlyas İsmayılovla bağlı AÇIQLAMA

06.02.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Mərkəzi Klinikanın reanimasiya şöbəsində müalicə alan İlyas İsmayılovun vəziyyəti astabil-ağır olaraq qalır.

Bu barədə Bakupost.az -a Mərkəzi Klinikadan bildirilib.

Qeyd olunub ki, onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıq idi ki Mərkəzi Klinikada müalicə alırdı.

O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Aygün, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью