Mərkəzi küçədə asfalta çəkilən işıqqaytarıcı yapışqanlı lentlər NƏ ÜÇÜNDÜR?

26.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının mərkəzi küçəsində yerə işıqqaytarıcı yapışqanlı lentlər çəkilib.

Oxu.Az xəbər verir ki, söhbət Mirzəağa Əliyev küçəsindən gedir. Küçədə velosiped zolaqlarının bitdiyi hissələrdə işıqqaytarıcı effektli lentlərlə xətlənmə aparılmasının səbəbini öyrəndik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin lentlər müvəqqəti xarakter daşıyır.

"M.Əliyev küçəsindəki sözügedən ərazidə parklanmaya giriş-çıxış mövcuddur. Həmin yerdə velosiped istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşıl boya ilə keçid təşkil edilməsi nəzərdə tutulub. Yerdəki yapışqanlı lent isə xətləmənin ölçülərini dəqiqləşdirmək üçün müvəqqəti olaraq çəkilib. Rənglənmə aparıldıqdan sonra lentlər söküləcək",- deyə açıqlamada bildirilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью