Mərkəzi küçədə bədbəxt hadisə Video

07.01.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Səbail rayonu Süleyman Tağızadə küçəsində bədbəxt hadisə baş verib. 

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, yaşayış binasında təmir işləri üçün quraşdırılmış yük avadanlığının bir hissəsi aşaraq yerə düşüb.

Xoşbəxtikdən həmin vaxt binanın yaxınlığından keçən olmayıb. Amma hadisə nəticəsində aşağıda olan avtomobillərdən biri yararsız hala düşüb. 

Bu barədə görüntüləri aparıcı Ülvira Qarayeva sosial şəbəkə hesabında paylaşıb:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью