Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

21.09.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Mərkəzi Nəbatat Bağında həftəsonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. 

Mərkəzi Nəbatat Bağından “Cebheinfo.az”-a verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. 

Açıq havada, Mərkəzi Nəbatat Bağının təbiət mənzərəsi fonunda səsləndirilən nəğmələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. 
Bağa gələn ziyarətçilər musiqi proqramını maraqla izləyiblər. 

Tədbir zamanı müxtəlif yaş qruplarından olan ziyarətçilər həm Mərkəzi Nəbatat Bağının təbiətindən zövq almaq, həm də Azərbaycan musiqisinin sevilən nümunələrini dinləmək imkanı əldə ediblər.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью