Mərkəzi Nəbatət Bağı auditor seçib

29.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mərkəzi Nəbatət Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 2 700 manat ödəniləcək.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью