futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının IX turunun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”la qarşılaşacaq. Oktyabrın 25-də “Sabah Arena”da baş tutacaq oyuna saat 18:00-da start veriləcək.
“Sabah” 8 turdan sonra 19 xalla liderdir. Üçüncü pillədə qərarlaşan “Qarabağ”ın aktivində isə 17 xal var.
Matçın baş hakimi Rəşad Əhmədov olacaq. Referi bunadək çempionatda 3 oyunu idarə edib.
Əhmədov “Sabah”ın oyunlarına təyinat almayıb, “Qarabağ”ın isə bir matçında söz sahibi olub. O, “atlılar”ın “Zirə” ilə səfər görüşündə baş hakim funksiyasını yerinə yetirib.
Bu oyun qollu bərabərliklə başa çatıb – 1:1. Referi matçda 4 sarı vərəqədən istifadə edib.
Rəşad Əhmədov liqada “Araz-Naxçıvan” – “Kəpəz” və “Neftçi” – “Araz-Naxçıvan” oyunlarında baş hakim olub. Naxçıvan təmsilçisi bu iki qarşılaşmada da uduzub. Referi birinci görüşdə 3, ikincidə 4 “sarı”ya müraciət edib.
Əhmədov bu mövsüm çempionatda penalti qərarı verməyib və qırmızı vərəqə göstərməyib.
Şahin Cəfərov