Mərkəzi oyuna doğru: “Meydanda optimal heyətlər olacaq”

18.12.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah” Premyer Liqada I turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Son illərin ən maraqlı oyunlarından biri olacaq. Komandalar hər oyun, həm də turnir cədvəlindəki yerə görə bir-birinə yaxındır. “Sabah” yaxşı formadadır. atmosfer, özünəinam yüksək səviyyədədir. “Qarabağ” isə “Ayaks”a məğlubiyyətdən sonra “Araz-Naxçıvan”a qalib gəldi. Onların da vəziyyəti düzəlib. Artıq diqqəti çempionata verəcəklər”.

Əsədov komandaların şanslarına toxundu:

“Şanslar bərabərdir. Psixoloji, meydan amili kimi üstünlük “Sabah”dadır. Lakin “Qarabağ”ın da gücünü bilirik. Toparlanıb, öz gücünü göstərməyə qadirdir. Hər iki komanda optimal heyətlə meydana çıxacaq. Rotasiyalar olacağını düşünmürəm. “Sabah” da qalib heyətini qoruyacaq. Gərgin oyun olacaq.

Vacib odur ki, gedişatda hansı komanda daha düzgün oynayacaq. Eyni zamanda, hakimlər də işlərində diqqətli olmalıdır. Ümid edirəm ki, referilər hansısa qərarla nəticəyə təsir etməsin. Penaltilər, qırmızı vərəqələr də ola bilər. Əsası mübarizənin meydanda getməsi və nəticənin oyunla həll olunmasıdır. Hər iki komandada keyfiyyətli oyunçular var. Səhv edən cəzalana bilər. Buna görə meydanda diqqətli olmaq mühümdür”.

“Sabah” – “Qarabağ” oyunu saat 19:30-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью