Mərkəzi oyunda heçheçə

07.12.2024

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Baku Fire" ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

İkinci görüşdə "Neftçi" İK "Şuşa"nın qapısından dörd cavabsız top keçirib.

Sonuncu oyunda isə U-19 "Yasamal Bakı"ya şans verməyib - 6:3.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Baku Fire" komandasının liderliyi davam edir. "Neftçi" İK 15 xalla ikinci, "Araz-Naxçıvan" 10 xalla üçüncü sıradadır. Dördüncü yerdəki "Şuşa"nın və beşinci pillədəki U-19-un 6 xalı var. Bütün görüşlərdə uduzan "Yasamal Bakı" sonuncudur.

Araz-Naxçıvan – Baku Fire 2:2
Neftçi İK – Şuşa 4:0
Yasamal Bakı – U-19 3:6

AFFA “Turan Tovuz” və “Kəpəz”i cəzalandırdı “Sumqayıt”ın prezidenti məhkəməni aldadıb Rahilin komandası növbəti dəfə məğlub oldu Emreli oynadı, komandası məğlub oldu AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью