Mərkəzi oyunda “İmişli” sevindi, Füzuli Məmmədov ilk xalını qazandı | Icma.az
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fevralın 6-7-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 13-cü turu geridə qoyduq.
Bu dəfə nəticələrin əksəriyyəti sürpriz sayılmır. Amma bəzi komandaların qışdan sonra daha iddialı çıxışla yadda qaldığını desək, yanılmarıq
Bunlardan birincisi MOİK-di ki, “hərbçilər” ardıcıl ikinci qələbəylə ilk “dördlüy”ə yüksəlməyi bacardı.
Ordu klubunun meydanından məğlub ayrılan “Cəbrayıl”ın enişi isə davam edir. Qarabağ təmsilçisi ortabablar sırasından sürətlə uzaqlaşır.
O başqa məsələ ki, özünə gəlməkdə çətinlik çəkən yalnız cəbrayıllılar deyil.
Turun mərkəzi oyununda “İmişli”yə uduzan “Karvan”, deyəsən, ənənəvi formasından uzaq düşüb.
Ya da Fərid Namazovun komandası gözünü 2-ci pilləyə dikib və bunun üçün əlindən gələni əsirgəmir.
Tam oxu
Xəbəri oxu