Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

18.03.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məzahir Pənahovun sədrliyi ilə martın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Komissiyanın fevralın 12-də və fevralın 14-də keçirilən iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci və 79 saylı Astara seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə qərar verilib.

Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью