Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

20.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın mayın 30-da keçirilən iclasının protokolu təsdiq olunub.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 46 saylı Sumqayıt beşinci, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 65 saylı Salyan-Biləsuvar-Saatlı, 102 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa və 118 saylı Ağdam-Xocalı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verilib.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью